» » Bakıda kişi bacısını döyüb xəstəxanalıq etdi


Xətai rayonunda döyülmə faktı qeydə alınıb.  

Hadisə NZS qəsəbəsi, Mingəçevir küçəsində baş verib.  



Belə ki, ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.  

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.  

Ona başın və döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
 
///  Oxu.Az