» » Aygünlə Filippin gözlənilən


Xalq artisti Aygün Kazımova rusiyalı müğənni Filipp Kirkorov ilə birgə səsləndirdiyi "Jalma" duetinə çəkilmiş klipini təqdim edib.
 
starxeber.az xəbər verir ki, ekran işinin çəkilişləri Bakıda, "Jara-2019" Beynəlxaql Musiqi Festivalında baş tutub.

Klip rusiyalı heyət tərəfindən lentə alınıb. Video çarx Aygün Kazımovanın rəsmi "YouTube" kanalında yayımlanıb.
 
Sənətçilər sözügedən dueti 13 il əvvəl Kazımovanın Moskva Kremlində keçirtdiyi 35 yaşına həsr olunmuş konsertində səsləndiriblər. Mahnının yeni versiyası "Jara - 2019" Beynəlxalq Busiqi Festivalında təqdim olunub.
 
Qeyd edək ki, A.Kazımova F.Kirkorovun 30 və 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində  baş tutacaq solo konsertində xüsusi qonaq kimi iştirak edəcək. Gecədə Kirkorovun hitləri ilə birgə artistlər "Jalma" adlı mahnını birgə ifa edəcəklər.