» » Kəmalə Piriyeva ilə bağlı inanılmaz faktlar ortaya çıxdı


“Maşın” realiti şousunun "Maskarad" adlı 18-ci sürəti davam edir.

Hər gün şouda maraqlı hadisələr baş verir. Lakin bəzi iştirakçılar "Maşın"ın kənarında sakit dayanmağa, qalmaqallardan uzaq durmağa üstünlük verir.

Onlardan biri də aparıcı Kəmalə Piriyevadır. Bəs, Kəmalə Piriyeva kimdir? 

O,  1990-cı il yanvar ayının 9-da Bakı şəhərində anadan olub. 1996-2007 illər ərzində Nərimanov rayonunda yerləşən 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsini bitirib. 

Aparıcının atası Həsən Piriyev əslən Qərbi Azərbaycanın Qafan rayonundandır. O, uzun illər öncə həyat yoldaşından ayrılıb, başqa qadınla ailə qurub. Lakin cütlüyün gənclik illərində yol qəzasına düşdüyü, bundan sonra hər ikisinin ayaqlarında yerimə qüsuru olduğu da deyilir. 

Kəmalə Piriyevanın bacısı Aygün Piriyeva isə bir müddət öncə ailə qurub. Aparıcının özü isə subaydır. 

///Redaktor.az