» » Külək gücləndi


Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamentindən verilən məlumata görə, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gündən küləyin güclənəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıqda qeyd edilirdi ki, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insasnlar üçün əsasən əlverişsizdir.