» » Hadisənin geyimini lağa qoydular -


Son günlərdə geyimləri, səhnə performansları ilə gündəm olan türkiyəli müğənni Hadise yenə adından söz etdirib.

Bir rəfiqəsinin ad gününə gedən müğənni əyləndikləri məkandan çıxarkən kameralara tuş gəlib.

O, İnstaqram izləyicilərini saxta şəkildə artırması məsələsinə də münasibət bildirib.

"Saxta izləyiciləri necə yığırlar ondan belə xəbərim yoxdur. Mənim özümü bilirəm və ürəyim çox rahatdır" deyə, o bildirib.
Mavi tulum geyinən Hadisənin paltarı sosial mediyada lağa qoyulub. İzləyicilər "Dünya ulduzuna bənzəmək istəyərkən, Ciquliyə oxşayıb" deyə rəylər yazıblar.

///axsam.az