» » "Şaxda baba paltarı geyinib, pul qazanırdım"


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arxiv fotosunu paylaşıb.

Musiqiçi uşaqlıqda Şaxta baba paltarı geyinib, pulla küçədə şəkil çəkdirdiyini yazıb:

"Yeni ili ən çox gözləyən uşaqlardan biri də mən idim: Şaxta baba paltarını geyinib, şəkil çəkdirərək, pul qazanıb, ailəmi saxlayım. Sonra isə yayda dondurma satım. Heç vaxt keçmişimi unutmuram. Həyat belədir. Hər şeyi edən yaradandır. Şükür olsun bu və keçmiş günlərimə. Həyat qəribəliklərlə doludur. Şəkildə 15 yaşım var".