» » Rahidə həmkarlarından geri qalmadı -


Son günlər şou-biznesin xanım üzvləri arasında yayılan saçkəsdirmə trendinə müğənni Rahidə Baxışova da qoşulub.

Hər zaman uzun saçda dolaşan sənətçi onları kare kəsdirib.

Rahidənin saç kəsiminə sənət dostları biganə qalmayıb. Onlar qısa saçı ifaçıya yaraşdırıblar.

Amma izləyicilərin əksəriyyəti isə Rahidəni tənqid ediblər. Onlar ifaçını uzun qara saçda görməyə alışdıqlarını vurğulayıblar. Rahidənin yeni görünüşü 26 min bəyəni toplayıb, ona 300-dən çox rəy yazıblar.

Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, müğənni Elnarə Xəlilova, qarmon ifaçısı Gülbahar Şükürlü və başqaları saçlarını qısa kəsdirib.