» » Fanatının qucağına tullanan Ledi Qaqa yıxıldı -


Dünyaca məşhur müğənni Ledi Qaqanın konsertində kuryoz hadisə baş verib.

starxeber.az xəbər verir ki, ifaçının Las-Veqasda baş tutan konsertində fanatı ilə şou göstərmək istəyib.

Onun qucağına tullanan Qaqanın hərəkət etməsi pərəstişkarın müvazinətini itirməsinə səbəb olub.

Bu zaman Ledi fanatı ilə birgə səhnədən aşağı düşüb.