» » “Qonşular deyirdi ki, Eldar gəlsin, bizdə çimsin”


Müğənni Eldar Qasımov “X maqazin” proqramında “Make up” rubrikasının qonağı olub.

İfaçı ev işləri görməyindən söz açıb:

“Ev işləri görməyi xoşlayıram. Tək yaşayıram. Buna görə də ev işləri görmək mənə hansısa məsuliyyətdən qaçmağa kömək edir. Qab yuyanda mahnı oxumuram. Uşaqlıqda o qədər oxumuşam ki... - vannada, çiməndə. Qonşular deyirdi ki, Eldar gəlsin, bizdə çimsin. Artıq vaxt keçib, indi bu, çox bahalıdır”.