» » Gənc oğlanı xilas edib özü qatarın altında qaldı -


Bərdədə bədbəxt hadisə baş verib.

starxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Köhnə bazar" adlanan ərazidən keçən qatar rayonun Alaçadırlı qəsəbəsində yaşayan Quliyeva Mənsurəni vurub.

1988-ci il təvəllüdlü Kənan Məmmədov və Mənsurə Quliyeva qatar relsinin yaxınlığında yerləşən kafedə işləyiblər. M.Quliyeva qabyuyan, K.Məmmədov isə ofisiant işləyib. Onlar gecə saatlarında işdən çıxdıqdan sonra yaxın məsafədə getmək üçün qatar relsinin üzərindən keçiblər. Bu zaman hərəkətdə olan qatar sürətlə onlara yaxınlaşıb. Qatarın onları vuracağını görən Mənsurə Quliyeva gənc oğlanı itələyərək relslərin üzərindən kənara atıb və onun həyatını xilas edib.
 


Özü isə qatarın altında qalaraq ağır xəsarət alıb və xəstəxanada onun sol qolu qopduğu üçün amputasiya edilərək götürülüb.

Məlumata görə, həmin kafe rayonda donuz ətindən kabab və digər yeməklər verilən yer kimi məşhurdur.
Faktla bağlı araşdırma aparılır.