» » "Təklikdən qorxuram" -


"Ailə həyatı qurmaq istəyirəm. Amma sevgi ilə ailə davam etmir. Sevgiyə gərək yoxdur, qarşılıqlı hörmət olmalıdır".

Bu sözləri müğənni Ayan Babakişiyeva "Show news" verilişinə açıqlamasında deyib.

Sənətçi ailə qurmaq istədiyini söyləyib. Tənhalıqdan qorxduğunu deyən Ayan göz yaşlarını saxlaya bilməyib:

"Məntiq evliliyi daha yaxşıdır. İllərdir ürəyim bağlıdır. Qızım Selena çox darıxır, bacı-qardaş istəyir. Amma uşağın istəyi ilə olan deyil ki... Elə bir insan artıq olmayacaq. Hər insan ana və ata ola bilməz. O yükü daşımaq hər adamın işi deyil.
Anamla heç vaxt ayrı qalmamışıq. Təklikdən çox qorxuram. Bilirəm ki, Selena böyüyəcək və ailə həyatı quracaq (ağlayır)".