закрыть
Test

Test2

“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır 

İdman 25-okt, 22:329 7
Avropa Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. Dünən baş tutan görüşlərdən sonra turnirin statistikası açıqlanıb. Azərbaycan təmsilçisi "Qarabağ”ın da göstəriciləri bəlli olub.

STARXEBER.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, 3 matçda 6 qol vuran Ağdam klubu 48 komanda arasında 10-cudu. Daha doğrusu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8-11-ci pillələrə şərikdi. Bu baxımdan ən yüksək göstərici "Arsenal”dadı. "Topçular” rəqib torunu 10 dəfə silkələyiblər. "Qarabağ” vurduğu qədər də qapısında top görüb ki, bu da pis nəticələrdən sayılır. Yalnız 6 komanda "Qarabağ”dan daha çox qol buraxıb.



Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridi. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

"Qarabağ” ən çox paslaşan komandalardandı. Ağdam klubu 3 matçda 1578 ötürmə edib və 8-cidi. Bunlardan 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdi. "Qarabağ”ın orta topla oynama faizi 53-dü.

Azərbaycan təmsilçisi Avropa Liqasının ən intizamlı komandasıdı. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdu. "Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadı. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandı. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudu. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb. Milliləşdirilmiş braziliyalının dəqiqliyi 89 faizdi. 
Oxşar xəbərlər

SON XƏBƏRLƏR