» » "Əxlaqı olanlar qalmaqal etmir" -


"15 il əvvəl hər gün səhərdən-axşama qədər səsini eşitdiyimiz oxuyanlar indi hanı? Yoxdular, müvəqqəti məşhurluq idi, söndü, batdılar getdilər. Bəzən onlara ulduz da deyirlər. Amma bunun mənasını bilsələr, heç özlərinə deməzlər. Ulduzlar sönmüş planetlərdir".

Bu sözləri Xalq artisti Nürəddin Mehdixanlı "Show news" verilişinə açıqlamasında deyib.
Aktyor sənət aləmindəki qalmaqallardan bəhs edib:

"Qeyri-peşəkar, anında alqışa öyrəşənlərə yaxınlaşanda görürsən ki, bitiblər. Kimsə sənətlə məşğul olmaq istəyirsə, ömrünün sonuna qədər onun əlifbasını, kökünü öyrənəcək. Mənə elə gəlir ki, qalmaqalla məşğul olanlar sənəti olmayanlardır. Ağıl, təcrübə, əxlaq və mənəviyyat sahibi olanların qalmaqalla nə işi var?

Sənət adamı kimsədən çəkinməməlidir, düz danışmalıdır, riyakar olmamalıdır. İstedadlıya dəstək, istedadsıza "get başqa işlə məşğul ol" deməyi bacaracaqsan".



Axsam.az