» » Büstqalter xərçəng riskini artırır


Uzun illərdir büstqalter və döş xərçəngi arasında əlaqənin olduğu söylənilir.

Alimlərin son araşdırmaları bu fikri təsdiq edib.

Sinəni dəstəkləmək üçün geyinilən bu alt paltarı toxumaların inkişafına ciddi ziyan vurur.

Fibrokistik xəstəliyi olan qadınların arasında büstqalterlə əlaqəli təcrübə aparılıb. Sözügedən xəstəlikdən əziyyət çəkən 90 faiz qadın bu alt geyimindən imtina etdikdən sonra sağalıblar. Büstqalter sinə və qolaltı limfa vəzilərində də durğunluq yaradır.

Gənc yaşda bu geyimdən az istifadə edən qadınların kürək əzələləri daha yaxşı inkişaf edir. Sinənin dik dayanmasını təmin edən kollagen ifrazı və toxuma sərtliyi də artır.
Büstqalter geyinmədən yatmaq döş xərçəngi riskini 60 faiz azalda bilir.