» » Dünyanın ən yaşlı qadını öldü


Dünyanın ən yaşlı qadını ünvanına sahib olan Astraxan əyalətinin sakini Tanziliya Bisembeyeva 123 yaşında vəfat edib.

O, evində ailə üzlərinin əhatəsində dünyasını dəyişib.

Qadının yaşadığı qəsəbənin böyük əksəriyyəti onun dəfnində iştirak edib.

T. Bisembeyeva dünyanın ən yaşlı qadını olaraq "Rekordlar kitabı" na düşüb. Onun üç oğlu, 10 nəvəsi, 24 nəticəsi və 2 kötükcəsi var. Bisembeyevanın ölümündən sonra bu ünvan 116 yaşlı yaponiyalı Kane Tanakaya keçib.