» » "Mitsubishi"nin sürücüsü sükan arxasında öldü


Bakıda sürücü sükan arxasında ölüb.

starxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xocalı prospektində yerləşən "Mübarək" şadlıq sarayının qarşısında baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Zülmət Əsədullayev adlı şəxs "Mitsubishi" markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib. Nəticədə onun avtomobili qarşıda hərəkətdə olan digər avtomobilin yan hissəsinə dəyib.
Hər iki avtomobilə yüngül ziyan dəyib.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.