» » Zamiq ata oldu:


Müğənni Zamiq Hüseynov ata olub.

Sənətçi bu münasibətlə dostlarını bir araya yığıb. O, xoş gününü Xalq artisti Röya Ayxan, stilistlər Elnur Həsənov, Anar Maliklə qeyd edib.

Zamiq ata olması ilə bağlı açıqlama verərək, etiraf edib:

"Tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz... 

Bəli, etiraf edirəm. Rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib. Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”. 

Qeyd edək ki, Zamiq ata olma xəbərini mediadan gizlədir. Bir müddət əvvəl Röya müğənninin tezliklə ata olacağı haqda açıqlama vermişdi. Zamiq isə məlumatı təkzib etmişdi.

Z.Hüseynovun ötən il gizli evləndiyi xəbəri yayılmışdı. Sənətçi bu haqda sualları hər zaman cavabsız qoyub. Müğənni ikinci dəfə Aydan adlı xanımla nikah bağlayıb.