» » Ronaldunun anasından sensasiyalı açıqlama:


Kriştianu Ronaldunun anası Dolereş Aveyru bidirib ki, futbol mafiyası oğlunun daha çox "Qızıl top" qazanmasına mane olur.

Portuqaliya mətbuatına müsahibəsində o deyib ki, futbol mafiyası olmasaydı, Ronaldunun "Qızıl top"u daha çox olardı: "Əgər Ronaldu ingilis və ya ispan olsaydı, ona belə münasibət göstərilməzdi. Bütün bunlar ona görə baş verir ki, oğlum portuqaliyalıdır. Bilmirəm, Kriştianu bu il də "Qızıl top"u qazana biləcəkmi. Amma buna inanıram".

Xatırladaq ki, Ronaldu beş dəfə "Qızıl top"a sahib olub. 
 

qol.az