Bu barədə Unikal.org-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hadisə "Həzi Aslanov"-"İçəri şəhər" xətti üzrə hərəkət edən qatarın vaqonun qapısında qəfil problem yaranıb: "Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Ümumən intervalında 5 dəqiqə ləngimə yaranıb".