» » Pirşağı yolunda ağır qəza -


Novxanı-Pirşağı yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən starxeber.az- a daxil olan məlumata görə, avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.
 

Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.

44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir.