» » Beren və Kənan aylar sonra ilk dəfə görüntüləndi


Boşanacaqları və bir-birini aldatmaqları barədə çıxan xəbərlərə susqunluq nümayiş etdirən türkiyəli sənətçilər Beren Saat və Kənan Doğulu aylar sonra sarmaş-dolaş görüntülənib.

Onlar İstanbulun Acarkent bölgəsində yerləşən evlərinin yanında birlikdə qəhvə içiblər.

Xoşbəxt olduqları və zarafatlaşdıqları görülən aktrisa və müğənni daha sonra marketə üz tutublar.

Ev paltarı ilə gəzməyə çıxan cütlük bu görüntüləri ilə çıxan bütün xəbərlərə cavab verib.

Qeyd edək ki, Beren və Kənanın evliliyindəki problem fevraldan etibarən başlamışdı.


Axsam.az