Bakıda ana azyaşlı övladları ilə birlikdə itkin düşüb.
starxeber.az-ın trend-ə istinadən məlumatına görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlizadə Lamiyə Allahverən qızı 2010-cu il təvəllüdlü oğlu Emil Məmişov və qızı, 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birlikdə oktyabrın 24-də yaşadığı evdən çıxıb “Megafun” Əyləncə Mərkəzinə gedib.
L.Əlizadə əyləncə mərkəzində həyat yoldaşı ilə danışaraq paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib və itkin düşüb.