» » Afət “üzdəniraq” adlandırdığı Aqşinlə yan-yana -


Bir müddət öncə qalmaqal yaşayan meyxanaçı Aqşin Fateh və müğənni Afət Fərmanqızı Rusiya toylarının birində yan-yana gəlib.

Onlar birlikdə şəkil çəkdirərək, sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, A.Fateh “Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər” ifadəsinə Afət sərt reaksiya vermiş, meyxanaçının ünvanına “Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin” sözlərini işlətmişdi.