» » “Tək sevdiyim qadın, boşandığım həyat yoldaşımdır” –


“Həyatda hər şey öz axarı ilə gedir. Bizə yazılan tale öz sırası ilə yaşanır. Aysunla əvvəldən bir-birimizi tanıyırdıq, amma “Maşın”da dostlaşdıq. 

Gözəl oyun gedirdi, mənim böyük komandam var idi. Mən oyundan gedəndən sonra çoxu bir-birini satmağa başladı. Mən əlimi çəkəndə Aysun ağladı. Bu mənə pis təsir etdi”. 

Bu sözləri musavat.com-a açıqlamasında “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov deyib. 

O, müğənni Aysunla eşq yaşamadığını açıqlayıb: “Aysunla dostuq, insanlar heç bir şayiəyə inanmasınlar. Mən status yazmışdım ki, zaman nə göstərəcəyini bilmirik və 3 nöqtə qoymuşdum. Bu fərqli yerə yozuldu.  İnsanları maraqda saxlamaq istədim. Əslində mən gələcək işbirliklərimizi nəzərdə tutmuşdum. Oyundan sonra “Avara sevgi” mahnısını təqdim etdik, sevildi”.

“Evlənəcəyiniz xanım şou aləmdən ola bilərmi” sualına isə reper belə cavab verdi: “İnsanların seçimlərini müzakirə etmək doğru deyil. Hər kəs istədiyi şəxslə ailə qura bilər. Həyatdır. Mənim yeganə sevdiyim qadın uşaqlarımın anasıdır. Biz boşansaq da, onu sevirəm. Hazırda gözəl münasibətimiz var. Sevgi bir gündə unudulmur”. 


///musavat.com