» » Metroda gediş haqqı artırılır? -


Bakı Metropoliteni QSC-dən açıqlama

Yaxın vaxtlarda Bakı Metropoliteni QSC-də qiymət artımı gözlənilmir.

starxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühədisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib:

"Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".