закрыть
Test

Test2

Messi Ronaldunun rekordunu təkrarladı 

İdman 10-noy, 12:339 6
"Barselona"nın kapitanı Lionel Messi "Real Madrid"in keçmiş hücumçusu Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.


STARXEBER.AZ goal.az-a istinadən xəbər verir ki, İspaniya çempionatının 13-cü turunun "Selta" ilə matçında argentinalı futbolçu yarış cədvəlində özünün 34-cü het-trikini rəsmiləşdirib. O, əvvəlcə penaltini dəqiq yerinə yetirib, sonra isə "keltlər"in qapısına cərimə zərbələrindən iki dəfə qol vurub.


Bu matça qədər La Liqada rekord həddə het-triklər Kriştianu Ronalduya aid olub. O, 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edib. Lakin portuqaliyalı Messi ilə müqayisədə az oyun keçirib. Belə ki, Kriştianu Ronaldu 292 matçda iştirak edib. Argentinalı hücumçu isə kataloniyalıların heyətində 459 dəfə meydana çıxıb.

Argentina millisinin futbolçusu klub karyerasında qol sayına görə də Kriştianu Ronaldunu keçib. 32 yaşlı hücumçu buna kapitanı olduğu "Barselona"nın La Liqanın XI turunda evdə Valladolid-i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR