» » "Maşın" şounun məşhur iştirakçısı həyat yoldaşına xəyanət edib -


Repçi Qurdun (Fərid Eminov) həyat yoldaşından ayrılmağına səbəb xəyanəti olub.

starxeber.az milli.az istinadən xəbər verir ki, bunu ilk dəfə Qurd özü "Şou ATV"də etiraf edib.

Reper həyat yoldaşından bağışlanmağını istəyib:
"Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar". Qurd həyat yoldaşına xəyanətini özü etiraf etdiyini bildirib.

Qeyd edək ki, "Maşın" şouda iştirak edən Aysun və Qurdun sevgili olduqları söz-söhbəti dolaşırdı, tərəflər bu məlumatı təkzib edib. Qurd (Fərid) həyat yoldaşından boşanıb, iki oğlu var.