» » Müşfiq: "Dedi, ayıb deyil, qızı qucaqlamısan?" -


Aktyor Müşfiq Şahverdiyev oynadığı bəzi obrazlara görə tənqidlərə tuş gəldiyini deyib.

starxeber.az  bildirir ki, yenicag.az-a açıqlama verən aktyor buna görə anasının da onu danladığını etiraf edib:

"Bu filmə görə tənqidlər oldu. Rus qızları ilə oyan-buyan... Camaatın xoşuna gəlməmişdi. Anam da dedi ki, ayıb deyil, qızı qucaqlamısan. Xarici filmlərdə bu qəbul olunsa da, bizdə açıq-saçıqlıq qəbul olunmur".

O, xanımının da obrazlarına olan münasibətindən danışıb.