» » Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi


Mərhum Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.


Bu barədə REN TV məlumat verib.
Bildirilir ki, Sinyavskaya hazırda kardiocərrahiyə şöbəsində müayinə edilir.

Müayinədən sonra onun müalicə və ya əməliyyat edilməsinə qərar veriləcək.

Onu da bildirək ki, Sinyavskaya eyni zamanda opera ifaçısıdır.