закрыть
Test

Test2

Kombi ustası azərbaycanlı müğənninin evindən pul oğurladı 

Maqazin 13-noy, 12:08 10
Müğənni Vüqar Muradovun evindən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən STARXEBER.AZ-a verilən məlumata görə, müğənni Vüqar Muradovun evindən 3500 manat pul oğurlanıb.

Hadisə ilə bağlı müğənni bildirib ki, oğurluğu kombi ustası edib:

"Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir, qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur".

Müğənni qeyd edib ki, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib:

"Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general-polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm".
Oxşar xəbərlər

SON XƏBƏRLƏR