закрыть
Test

Test2

"Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir 

İdman 13-noy, 13:00 8
Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj" - "Qarabağ" oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırıb.

STARXEBER.AZ matc.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Lüksemburq mətbuatı yayıb.



Bildirilir ki, nazir sorğuya cavabında Lüksemburq polisinin oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını söyləyib. Onlar qarşılaşmanı dinc azarkeşlərin izləyəcəyini gözləyiblər: "Üstəlik, matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək çağrıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi".

Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində stadionun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı gətirilmiş və oyun bir neçə dəqiqəlik dayandırılmışdı. Lüksemburqun idman naziri Dan Kerşin üzr istəməsindən sonra komandalar meydana qayıtmış və mübarizə davam etdirilmişdi.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR