» » Rüfət yenə Aygünün klipinə çəkildi -


Xalq artisti Aygün Kazımova bir neçə gündür anons etdiyi  “Ehtiyacım var” adlı yeni mahnısını və klipini təqdim edib. 

starxeber.az-ın məlumatına görə, bəstənin sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İsmayıl Əsədova aiddir.

Nyu-Yorkda çəkilən klipi isə Elmar Bayramov ekranlaşdırıb. Sevgilisindən ayrılan qadın obrazını mükəmməl şəkildə yaradan sevilən ulduzun tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer Rüfət İsmayıldır. 

Bu məqamda bildirək ki, R.İsmayıl ikinci dəfədir  xalq artistinin klipinə çəkilir. O, bundan əvvəl Aygün Kazımovanın  “Hardasan” layihəsində rol alıb.