» » “Hər şey daxil” verilişi Türkiyədə mükafatlandırıldı


Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişi mükafatlandırılıb. 

starxeber.az xəbər verir ki, məşhur verilişin səs sorağı qonşu ölkəyə kimi gedib, çıxıb. 

"Hər şey daxil” verilişi bu gün Türkiyədə keçirilən "Türkiyə Azərbaycan qardaşlıq" mükafatlandırılma mərasimində "İlin ən yaxşı" verilişi naminasiyası üzrə qalib olub. Mükafat verilişin aparıcısı  - layihə rəhbəri Tarix Əliyevə təqdim olunub. 

Qeyd edək ki, "Hər şey daxil" verilişi həftə içi hər gün "Xəzər TV”də yayımlanır.