» » “Youtube” - da onun klipi trend oldu -


Xalq artisti Aygün Kazımovanın "Ehtiyacım var" adlı sonuncu klipi sosial medianı silkələyib.

starxeber.az xəbər verir ki, sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova aid olan "Ehtiyacım var" adlı mahnıya Amerikada çəkilən klip Yutuba yüklənəndən sonra sosial mediada paylaşılıb.

Klib paylaşılandan qısa müddət sonra isə  Yutubda trend siyahısına daxil olub.

Qeyd edək ki, ekran işinin müəllifi rejissor Elman Bayramovdur. “Dostluğumuza xəyanət etdim” deyən Aygün Kazımova, mahnıda qadın kişi arasındakı dostluğun sevgiyə çevrilməsindən bəhs edir. Aygünün sevgilisi kimi isə dizayner və stilist Rüfət İsmayıl çəkilib.