» » “İlhamə eşitsəydi, əlindəki balta ilə Rozanı şaqqalayardı” -


Müğənnilər Roza Zərgərli və Günel Ələkbərova arasında qalmaqal yaşanıb.

Zərgərlinin mərhum Xalq artisti İlhamə Quliyevanın “taxt”ında əyləşmək istəməsi, Güneli özündən çıxarıb.

O, “ATV maqazin onlarla” proqramına müsahibə verərək, Rozanı həmin “taxt”a layiq bilməyib:

“Əgər Rozanın İlhamənin yerinə keçmək istəyi var idisə, bunu sağ olanda İlhaməyə desəydi, əlindəki balta ilə onu şaqqalayardı. Məsələ var ki, kiminsə ayaqqabısını geyinə bilərsən, amma onun kimi yeriyə bilmərsən. 

Lakin Roza İlhamənin heç ayaqqabısını da geyinə bilməz. Fiqurası yol verə bilər, amma İlhamə kimi sənəti olmalıdır. İlhamə xanıma çəkinərək "salam" verənlər, qorxaraq əl öpənlər o, dünyasını dəyişib deyə, şir ürəyi yeyiblər. Canım, sən gecikmisən. O stul yoxdur, o biri tərəfdədir”.

///Axsam.az