» » Azərbaycanda oynamış futbolçu həbs olundu -


"Bakı"nın sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

starxeber.az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı "Koke" ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.



Veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.