» » Azyaşlı qızları fahişəliyə sürükləyən məşhur stilistə həbs cəzası - 4 il


Nərimanov Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə cəlb etməkdə təqsirləndirilən "İntuş" ləqəbli stilist İntizam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

starxeber.az ONA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə İ. Yusifov 4 il müddətinə azadlıadan məhrum edilib.

Hökmdən narazı qalan stilist Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

İttihama görə, İ. Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib. Onun cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.