» » "Könül Təranə ilə küsülüdür, amma toyda eyni masada oturur"


"Bir dəfə ona sual vermirlər ki, onunla nəyin şərik düşüb? Harasa gedib, Könülü görəndə, hamıya salam verirəm. Heç bir söz-söhbətimiz, davamız olmayıb. Amma danışmır mənlə. Hamıya səbəb məlumdur".

Bu sözləri müğənni Təranə Qumral küsülü olduğu Əməkdar artist Könül Kərimovanın ünvanına deyib. 

O, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Könül Kərimova ilə Təranə danışmır. Amma Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Cabbar Musayev, Könül Kərimova, Təranə Qumral, Musa Musayev eyni masada oturublar. Toyda bir stolda oturur, verilişə gəlmirlər" sözlərinə belə cavab verib:

"Çünki orada pul var. Deyə bilməz ki, Təranə gəlirsə, mən yoxam. Çünki ev sahibi deyəcək ki, heç gəlmə. Beləcə, Könülün pulu batacaq.

Mənə verilişlərdə kimin olması maraqlı deyil. Öz yerimdəyəm, sözümü deyirəm və özümə güvənirəm. Könül Kərimova verilişdə olsa, məni çağırsalar, gələrəm. Kompleksim yoxdur".