"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşları Lionel Messi və Luis Suareslə arasındakı münasibətlərindən danışıb.
starxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçu bununla bağlı deyib:
"Mən çox utancaq biriyəm və çox insanla yaxşı ünsiyyət qurmuram. Söhbətə başlaya biləcək adamlardan deyiləm. Messi və Suareslə tədricən tanış oluruq. Artıq birlikdə nahar etmişik".
O bildirib ki, sözügedən oyunçularla münasibəti vaxt keçdikcə yaxşılaşacaq: "Bu, meydanda özümüzü daha rahat hiss etməyimizə kömək olacaq".
Qrizmann Messi haqda müsbət fikirlər də səsləndirib: "Yaxın 40 ildə Messi kimi bir oyunçu görməyəcəyik. Onun etdikləri inanılmazdır".
Qeyd edək ki, Qrizmannın Messi ilə pis münasibətləri səbəbindən "Barselona"dan ayrılmaq istədiyi iddia olunurdu.