» » “DNT testindən sonra başımı qırxıb, içəri basacaqlar” -


Ötən gün ATV-də yayımlanan “Bizimləsən” proqramında tragikomik hadisə yaşanıb.

Studiya övladı ilə dəvət edilən Səbinə adlı qadının taleyi hər kəsi güldürüb. Buna zəmin yaradan isə onun yaşananlara verdiyi reaksiyalar və danışıq tərzi olub.

Belə ki, aparıcı Zaur Baxşəliyev studiyaya Səbinənin keçmiş həyat yoldaşını dəvət edib və bildirib ki, həmin şəxs verilişə müraciət edərək, qadının övladını ondan gizlətdiyini söyləyib.

Səbinə isə ittihamlara belə cavab verib:

“Bizə 2-3 adam baxmır, bütün rayonlar görür. Uşağını görmək istəyən adam hər gün bunu edir. Ay Zaur müəllim, Quran haqqı biabır oldum. Rayona çıxa bilməyəcəm. Mənə lağ edirlər. Bilmədiyiniz şeylər var. Mən nə deyim? Bunu efirə çıxarmamışdan öncə adama deyin. Uşaq bunun deyil, başqa adamındır. Mən ondan ayrılmışam – üç ildir yanımda yoxdur. Mənim bundan nələr çəkdiyimi bir Allah bilir. Yalandan deyim uşaq sənindir? Sabah DNT testindən sonra başımı qırxıb, içəri basacaqlar. Ona görə deyirdim ki, məni televizora çıxarmayın. Millət baxır, biabır olmuşam”.




Axsam.az