» » Röya maşının üstünə çıxdı


Xalq artisti Röya Ayxan  “Elə bilirdim” adlı klipini təqdim edib.

starxeber.az xəbər verir ki, bəstənin musiqisi və aranjimanı Hakan Erol, sözləri Leyli Erola məxsusdur.

Mahnının səsyazma işləri Türkiyədə  həyata keçirilib. Studiyanın səs rejissoru Türkiyənin məşhur musiqiçisi Emrah Moğulkoçdur. Emrah Sibel Can, Hakan Altun, Demet Akalın, Ebru Yaşar kimi müğənnilərlə çalışıb.

Klipi Əli Fərhad ekranlaşdırıb. Bu ikilinin birgə ilk işi deyil. Ayxanın stili üzərində Elnur Həsənov çalışıb.

Klipdə müğənni “Jeep” markalı maşının üstünə çıxması ilə diqqət çəkib.