» » Bakıda 41 yaşlı kişi iranlı tələbə qızı ölümlə hədələdi


Bakıda əcnəbi tələbə ölümlə təhdid edilib.

Bu barədə polisə İran vətəndaşı, Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı məlumat verib.



O bildirib ki, noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu onu ölümlə hədələyib.
 
///Unikal.org