Dəbə uyğunlaşmaq bütün qadınların istəyidir. Yazın gəlişi özü ilə birgə yeni makyaj hiylələrini də bərabərində gətirir.
STARXƏBƏR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, keçdiyimiz illə müqayisədə bu il ən böyük dəyişiklik dodaq boyalarındadır. Artıq mat rənglər öz yerini parlaq tonlara buraxır.
Bu da mövsümün ən dəbli dodaq boyası rəngləri... Qırmızı Hər mövsümün sevilən rəngi qırmızı yenə dəbdədir. Sadə geyimlərinizlə qırmızı rəngli dodaq boyasından istifadə edə bilərsiniz.
Yumşaq rənglər Bu bahar rəngarəng geyimlərinizi tamamlayacaq olan yumşaq rəngli dodaq boyalarıdır. Rəngarəng geyimlərdə mütləq sadə dodaq boyasından istifadə edilməlidir.
Bahar bənövşəyisi Bu rəng isə demək olar ki, mövsümün ən çox sevilən rəngi olacaq.
Çəhrayı Çəhrayı bu mövsüm ən çox istifadə edilən rənglərdəndir. Parlaq çəhrayı rəng bütün geyimlərinizə daha da gözəllik qatacaq.