» » Bakı metrosunda


Bakı metrosunda sərnişinin ürəyi tutub.

Hadisə bu gün saat 15:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib.

Belə ki, 35-40 yaşlarında kişinin ürəyi tutub. Hadisə, sərnişin stansiyada qatar gözləyərkən, baş verib.

Dərhal digər sərnişinlər və polis əməkdaşları həmin şəxsə kömək etməyə çalışıblar. 

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.
 
Azmedia.az