» » Azərbaycan gözəli ABŞ-da ikinci dəfə ana oldu


2014-cü ildə Azərbaycan gözəli seçilən Cavidan Qurbanova yenidən ana olub.

Model ikinci övladını da Amerikada dünyaya gətirib. Oğlu olan Cavidan bu haqda sosial şəbəkədə paylaşım edərək, fikirlərini bölüşüb:

"San-Fransiskoda uşaq dünyaya gətirməyin qiyməti 15 mindən 100 min dollara qədərdir. Hər şey xəstəxanadan və doğuş müqaviləsindən asılıdır. Sığortasız doğmağı məsləhət görmürəm. Doğuşdan 3 həftə əvvəl həkimə istəklərindən ibarət plan verməlisən: doğuş zamanı otaqda hansı musiqi səslənməlidir, yanında kim olmalıdır, narkoz olsun-olmasın, təbii, yoxsa keysəriyə üsulu olsun, uşağa doğulan kimi süd, yoxsa süni qida veriləcək, ona əmzik verilsinmi...
Xəstəxanaya yatdıqdan 12 saat sonra uşaq dünyaya gəldi. Orxan bir an da olsun yanımdan çəkilmədi".

Qeyd edək ki, Cavidan Amerikada yaşayan azərbaycanlı gənclə ailəlidir.


Axsam.az