» » İstirahət günlərində gözlənilən hava proqnozu


Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin yağmursuz olacağı, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq.



Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava yağmursuz, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşam yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Naxçıvan MR-nın hava şəraiti yağmursuz olacaq. Lakin dekabrın 8-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-13 dərəcə isti olacaq.