Bu gündən etibarən avtomobillərdə jalüzlərin istifadəsinə icazə verilib.
starxeber.az-ın məlumatına görə, mayın 1-dən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüzlərin istifadəsinə icazə verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hər il bununla bağlı xəbərdarlıq edir. Bildirilir ki, havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsindən gedir.