» » "Ramiz Əzizbəylini bağışlayıram" -


Xalq artisti Afaq Bəşirqızı "Səhər-səhər" verilişinin qonağı olub.

Aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edib.

A.Bəşirqızı bildirib ki, Əzizbəylini dediklərinə görə bağışlayıb:
"Bəxt üzüyü"ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi.

Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi.

Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim".

Qeyd edək ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.



Axsam.az