» » Elnarə 6 mərtəbəli villa tikdirir


Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.

Bu haqda aparıcı Zaur Kamal "5/5" verilişində deyib.

"Deyir, elə bir ev tikdirirəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt tikinti işləri bitəcək" deyə aparıcı sual verib.

Elnarə isə "Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm" deyə, cavabında bildirib.

///axsam.az