» » Son dəqiqə! Yığma komandamızın baş məşqçisi istefaya göndərildi


Hazırda AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilir.

Sportinfo.az xəbər verir ki, qapalı təşkil olunan yığıncaqda millimizin baş məşqçisi Nikola Yurçeviçin hesabatı dinlənilib və onunla bağlı qərar qəbul olunub. Xorvatiyalı mütəxəssis tutduğu vəzifədənb istefaya göndərilib. 

Qeyd edək ki, Yurçeviç ötən ilin fevralında millinin sükanı arxasına keçmişdi. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.
 
///azerisport.com